"Ağdam şəhər 1 nömrəli məktəbin tikintisi gələn ilin sonunda yekunlaşmalıdır".
"Unikal" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.
O bildirib ki, Ağdam şəhər 1 nömrəli məktəb Bakıda yerləşən ən müasir məktəb səviyyəsində olacaq:
"Təhsil infrastrukturunun formalaşdırılması baxımından işğaldan azad olunmuş ərazilərdə çox aktiv iş gedir. Bu ilin sonu və ya gələn ilin əvvəlində Şuşa 1 nömrəli məktəbinin də tikintisi başa çatacaq. 960 nəfərlik məktəb ən müasir infrastruktura malikdir".