Çexiya hökuməti Ukraynadan gələn qaçqınlar ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fial keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, artıq Ukraynadan 30 min qaçqın Çexiyaya sığınıb: “Onların yerləşdirilməsini daha səmərəli etmək üçün hökumət marın 4-dən aprelin 4-dək fövqəladə vəziyyət rejimi tətbiq edib”.
Hökumət başçısı brifinqdə Ukraynanın Avropa İttifaqına üzv olması ilə bağlı rəsmi Kiyevin müraciətinə də münasibət bildirib. P.Fial Ukraynanın quruma qəbul edilməsinin sürətləndirilməsini dəstəkləyib.