Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya getmək niyyətində olan Çexiya vətəndaşları öz ölkələrində cinayət təqibi ilə hədələnmir.
"Unikal" xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Petr Fiala "Twitter" səhifəsində məlumat verib.
"Prezidentlə (Miloş Zeman – red.) görüşdə razılaşdıq ki, Ukraynaya gedib Ukraynanın tərəfində döyüşmək istəyən insanların cəzasız qalmasına zəmanət verə bilərik.
Qeyd edək ki, başqa ölkənin silahlı qüvvələrində hərbi xidmətə görə, Çexiyanın mövcud qanunvericiliyinə əsasən, vətəndaşları 5 il həbs cəzası gözləyir.
Ağarza Elçinoğlu