Ukraynanın Xerson şəhərində işğalçı qoşunlar "Xerson Xalq Respublikası"nı elan etməyi planlaşdırır.
"Unikal"ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, martın 4-də Xerson Azadlıq meydanında rus işğalçıları "Rusiya Federasiyasının bayraqlarını dalğalandıracaq və Xersonun Xerson Xalq Respublikası olduğunu bəyan edəcəklər".
Bunun üçün şəhərə 2 iri avtobus, 20 minik avtomobili, 2 mikroavtobus və 7 "QazEl" gətirilir.
Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırıb.
Ağarza Elçinoğlu