Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.
Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.
F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Nazim Hüseynov Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunub.