İranda ötən sutka ərzində 154 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da ölkədə bu virusdan ölənlərin sayı 137 593 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 6 470 nəfər koronavirusa yoluxub.
Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 080 217 nəfərə çatıb.