Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Tvitter"də bildirib.Türkiyəli naziri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qarşılayıb.
“Brüsseldə Ukraynaya həsr olunmuş NATO Xarici İşlər Nazirlərinin fövqəladə iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə etmək üçün can Azərbaycandayıq”, - deyə Türkiyə XİN başçısı qeyd edib.