“Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hər zaman sıx olub. Dövlət başçılarının sayəsində bu birlik hazırda ən yüksək səviyyədədir”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, 44 günlük savaşı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü oldu:
“Türkiyənin dəstəyi bizə əlavə güc verdi, ruhlandırdı. Müharibə başa çatdıqdan dərhal sonra razılaşmaların icra edilməsində, eyni zamanda, Birgə Monitorinq Mərkəzində Türkiyə iştirak etdi. Türkiyə şirkətləri bərpa-quruculuq işlərində də iştirak edir”.