“Şuşa Bəyannaməsini parlamentlərimiz ratifikasiya ediblər. Biz Şuşa Bəyannaməsi ilə tarixi addım atdıq”.
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Türkiyə XİN rəhbəri qeyd edib ki, Şuşa Bəyannaməsi müxtəlif istiqamətləri əhatə edir və bu istiqamətlərdə birgə çalışırlar:
“Ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəf qoyulub. Sərbəst ticarət anlaşması ilə bağlı müzakirələrə başlamağımız da önəmlidir. Bu istiqamətdə də çalışacağıq”.