Təxminən 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu dövlətlərə təxliyə edilib.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Ukraynada hərbi əməliyyatlar başlayan ilk gündən müvafiq addımlar atılır.