“Biz bu gün Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı dəstəkləyirik ”.
"Unikal" xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu bildirib ki, Sumi istiqamətində olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır:
“Bu vətəndaşlarımız üçün Ukrayna, yaxud Rusiya istiqamətində humanitar koridorun açılmasına çalışırıq”.