Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən azərbaycanlılar Polşa ərazisindən həyata keçirilən çarter reysi ilə aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviterdəki hesabında paylaşım edilib.
Qeyd olunub ki, indiyədək baş tutan 8 çarter reysi ilə 1 475 həmvətənimiz Azərbaycana gəlib.
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, #Polşa ərazisindən həyata keçirilən @azalofficial ✈️ çarter reysi ilə, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib. İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz #Azərbaycan/a gəlib. pic.twitter.com/YXnn8M7YpU
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) March 6, 2022