Üç min amerikalı könüllü Ukraynanın Rusiyanın işğalına qarşı müqavimət göstərəcək beynəlxalq batalyona qoşulmaq çağırışına cavab verib.
"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyinin nümayəndəsi deyib.
Amerikalı könüllülər arasında 20 illik təcrübəyə malik veteranların da olduğu bildirilir.
Ukraynadakı beynəlxalq batalyona digər ölkələrin vətəndaşları da qoşulmaq qərarına gəliblər.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dünyanın 16 ölkəsindən könüllülərin artıq Ukraynaya gəldiyini bildirib. O, həmçinin qeyd edib ki, Ukrayna artıq ən azı 86 dövlət və 15 beynəlxalq təşkilatın daxil olduğu beynəlxalq anti-müharibə koalisiyasını səfərbər edib.