"Siz qonşusunuz, təbiidir ki, biz həmişə sülh və təhlükəsizlik şəraitində yan-yana yaşamalıyıq".
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani deyib.
İran səfiri Sülh Müqaviləsi, müzakirələr və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlarla bağlı İranın mövqeyinin necə olduğunu soruşduqda deyib: "Ermənistan Respublikasının digər ölkələrlə, o cümlədən Türkiyə və Azərbaycan Respublikası ilə xarici əlaqələrinin normallaşdırılmasını alqışlayırıq.
Blokadanın aradan qaldırılmasına gəlincə, siz bizim mövqeyimizlə tanışsınız. Biz blokadanın götürülməsinin əleyhinə deyilik, lakin blokadanın götürülməsi milli və ərazi suverenliyi, ölkələrin ərazi bütövlüyü çərçivəsində baş verməlidir və bundan region ölkələri faydalanmalıdır".
Ağarza Elçinoğlu