Ermənistanda 28 il əvvəl öldürülən müdafiə nazirinin müavini Vahram Xorxoruninin qətlinin üstü açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, 1998-ci il 10 sentyabr tarixində S.A. hərbi qulluqçu olmaqla Ermənistan Respublikası müdafiə nazirinin keçmiş müavini Vahram Xorxoruninin tamah məqsədi ilə qətlini təşkil etmək niyyətində olub.
1998-ci ilin noyabr-dekabr aylarında S.A. Qarabağ erməniləri H.N. və A.A.-ya qətli törətmək üçün müvafiq olaraq ümumilikdə 25 min ABŞ dolları təklif edib.
S.A. qətli törətmək üçün onunla yaxın münasibətdə şəxsdən “Makarov” markalı tapança üçün kustar üsulla hazırlanmış lülə və səsboğucu alıb, onu cinayətin aləti olan qanunsuz saxladığı 9 millimetrlik “Makarov” tapançasına quraşdırıb.
Cinayətkar qrupun hərəkətləri dekabrın 8-də S.A. tərəfindən koordinasiya edilib və tam planlaşdırılıb.
1998-ci il dekabrın 9-da axşam saatlarında qabaqcadan razılaşma əsasında fəaliyyət göstərən cinayətkar dəstənin üzvləri Respublika meydanında görüşüb və H.N.-nin idarə etdiyi avtomobillə Vahram Xorxoruninin iqamətgahına gedib və orada pusqu quraraq nazir müavininin evə qayıtmasını gözləyiblər.
Daha sonra plan gerçəkləşdirilib. O, 5 güllə yarası ilə hadisə yerində ölüb. Cinayətkarlar dərhal hadisə yerini tərk edib.
Cinayətin törədilməsini sübut edən ibtidai istintaq zamanı əldə edilmiş kifayət qədər sübutlar əsasında S.A.-ya qarşı Məcəllənin 155-ci maddəsinin 2-ci hissəsinin 10-cu bəndi (pis niyyətlə adam öldürmə) və 335-ci maddəsinin 1-ci hissəsi (odlu silahın, onların əsas hissələrinin, döyüş sursatı və digər zəruri əşyaların qanunsuz dövriyyəsi) ilə cinayət işi başlanıb. O, həbs edilib.
Ağarza Elçinoğlu