Rusiya Prezidenti Vladimir Putinin Parisin "Qreven" muzeyində 2000-ci illərdən nümayiş olunan mum heykəli götürülüb.
"Unikal"
xarici mətbuata istinadən xəbər verir ki, bu barədə muzeyin direktoru İva Delommo məlumat verib. O bildirib ki, Rusiya qoşunlarının Ukraynaya hücumundan sonra ötən həftə sonlarından etibarən heykəl ziyarətçilərin hücumuna məruz qalıb:

"Bu gün onun kimi bir personajı təqdim etmək artıq mümkün deyil. Muzey tarixində ilk dəfə olaraq bir heykəli götürdük. Baş verənləri nəzərə alaraq, biz özümüz də onun yanından keçmək istəmirdik".