Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyi və 22 İyul - Millli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və KİV nümyəndələri iştirak ediblər.
N.Hüseynova jurnalistləri təbrik edib, paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
“Əkinçi”də əsası qoyulan maarifçilik ideyalarının bu gün Azərbaycan mediası tərəfindən uğurla davam etdirildiyini deyən N.Hüseynova təhsildən yazan, məktəb təəssübkeşi olan qələm adamları ilə görüşdən məmnun olduğunu söyləyib, səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.