İranda ötən sutka ərzində 5 586 nəfər koronavirusa (COVID-19) yoluxub, 201 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 137 948 nəfərə, yoluxanların sayı isə 7 089 892 nəfərə çatıb. Virus daşıyıcılarından 3 722 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 6 730 318 nəfər koronavirusdan sağalıb, 47,7 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 143 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 55,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 23,9 milyon təşkil edir.