Ukrayna prezidenti Volodimir Zelenski yeni videomüraciət yayıb.
"Unikal" xəbər verir ki, o, Rusiya hərbçilərinin Odessanı bombalanmağa hazırlaşdıqlarını bildirib.
Dövlət başçısı bunu tarixi cinayət adlandırıb.
Həmçinin, Zelenski artıq gələcəyi qazandıqlarını deyib.
“Ukraynalılar! Biz artıq gələcəyimizi qazanmışıq. Amma biz hələ də bu günümüz üçün mübarizə aparırıq. Bu, çox vacibdir. Biz sərhədin harada olacağı üçün mübarizə aparırıq. Həyatla köləlik arasında. Bu, təkcə bizim seçimimiz deyil”, - deyə Zelenski vurğulayıb.