Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində Rusiyanın münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşları ilə dialoqa hazır olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti xəbər verir.
"Rusiya tərəfinin münaqişənin həlli üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla dialoqa hazır olduğu təsdiqlənib", - mesajda deyilir.
Bundan əlavə, Putin Ərdoğanın diqqətini Kiyevin danışıqlar prosesini ləngitmək üçün hər hansı cəhdinin nəticəsiz olduğuna yönəldib.
Onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Ağarza Elçinoğlu