Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi Emin Hüseynov "Twitter" hesabında yazıb.
Emin Hüseynov qeyd edib ki, yolun uzunluğu 45 km, eni 26,5 metrdir. Avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun inşa edilir.
Today the asphalting works of the 4-lane #BardaAghdam highway, which is being built in accordance with the 1st technical category with a length of 45 km and width of 26.5m have been launched. https://t.co/f1bN9KHSNE
— Emin Huseynov (@Emin_H_official) March 6, 2022