Bu gün Rusiya şəhərlərində Ukraynada müharibənin dərhal dayandırılması tələbi ilə nümayişlər keçirilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis etirazçıları həbs edib.
Onların arasında 80 yaşlı hüquq müdafiəçisi Svetlana Qanuşkina da var.
Paytaxtdan başqa digər şəhərlərdə də həbslər baş verib. Moskvada 1700, Sankt-Peterburqda isə 700 nəfər həbs edilib. Federasiyanın digər şəhərlərində mindən çox adam həbs edilib.
Ümumilikdə, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, "təxminən 5200 nəfər qanunsuz kütləvi aksiyalarda iştirak edib".
Ağarza Elçinoğlu