Rusiya tərəfi itkilərini gizlətməyə çalışır.
"Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, Ukraynaya qarşı müharibədə rusların itkilərinin sayını gizlətmək üçün rus əsgərləri səyyar krematoriyalarda yandırılır və adsız qəbirlərdə basdırılır.
Bildirilir ki, avadanlıq Sankt-Peterburqun "Turmalin" şirkəti tərəfindən istehsal olunan təhlükəli bioloji tullantıların məhv edilməsi üçün xüsusi olaraq yaradılıb. Şirkətin saytında onun "Rus yanma zavodu" olduğu qeyd olunub.
Yerli və beynəlxalq media, insan haqları qrupları və yerli fəallar Rusiya əsgərlərinin Ukraynada döyüşdüklərini gizlətmək məqsədilə adsız məzarlarda basdırıldığını bildiriblər. Əksəriyyəti itkin düşmüş və ölən hərbçilərin analarının təşkil etdiyi etiraz qrupları Moskva da daxil olmaqla Rusiyanın hər yerində yaranıb.
Bir qrup Əsgər Anaları Komitəsi Vladimir Putini beynəlxalq hüququ pozmaqda günahlandırıb və bildirib ki, rus hərbi komandirləri əsgərləri Ukraynada qanunsuz döyüşlərə məcbur edir, "analar oğulları ilə anonim şəkildə tabutları alırlar", "Vaşinqton Post" yazır.
Ağarza Elçinoğlu