Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edərək, Ukrayna lideri dialoqa hazır olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil etməyi təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Zelenski, əgər Polşaya tərəf getsən, o zaman zindana salınan və sonunda müttəhimlər kürsüsündə vətəninə qayıdan (Gürcüstanın keçmiş prezidenti) Saakaşvilinin taleyi ilə üzləşəcəksən. Əgər siz Rusiyaya güvənirsinizsə və dialoqa hazırsınızsa, onda mən sizinlə yarı yolda görüşməyə və şəxsən Rusiya prezidenti Putindən sizə sığınacaq verməsini və sizi xilas etməsini xahiş etməyə hazıram", - deyə Kadırov sövdələşmə təklif edib.
O, Zelenskidən onunla əlaqə saxlamağı xahiş edib və "Putinlə ümumi dil tapmağa" və görüş təşkil etməyə kömək edəcəyinə söz verib: "Bəli, siz istedadlı insansınız, yaxşı aktyorsunuz, amma siyasətçi deyilsiniz. İndi isə sizin həll edə bilməyəcəyiniz problemlər yükü var. Çox gec olmadan mənə müraciət edin və gələcəyiniz haqqında danışaq. Mən şəxsən bunu deyirəM. Mümkün qədər tez qərar verin".
Ağarza Elçinoğlu