Dünya bazarlarında "Brent" neftinin qiyməti 139 dollara çatıb.
"Unikal" bu barədə "Bloomberg" agentliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, neft qiymətləri bu həddə çatandan sonra qismən ucuzlaşmağa başlayıb. Hazırda birjalarda "Brent" neftinin may fyuçersləri 130 dollar/barel ətrafında alınıb satılır.
Ötən həftəsonu ilə müqayisədə qiymət artımı 18 faizə bərabər olub.
"JPMorgan Chase & Co." agentliyinin proqnozlarına əsasən, Rusiyadan neft nəqlinin dayanması təqdirində "Brent" neftinin qiymətləri ilin sonunadək 185 dollaradək çata bilər.
Qeyd edək ki, neft qiymətləri 2008-ci ildə 143 dollar həddinədək çatmaqla tarixi rekordu vurmuşdu.
***
09:16
“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.
Bu barədə "Unikal" “RİA Novosti”yə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 3:28-ə olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub. WTI markalı aprel fyuçersləri 9,68% artaraq 126,12 dollara çatıb.
Eyni zamanda, ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.