Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
Bu barədə "Unikal" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.
*** 18:54
Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb.
Bu barədə "Unikal" "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, danışıqlar yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayıb.
xxx
17:47
Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqların üçüncü raunduna vertolyotla gəlib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl, bir qədər öncə Rusiya Federasiyasının nümayəndə heyəti danışıqların keçiriləcəyi yerə gəlib.
Qeyd edək ki, Ukrayna və Rusiya arasında danışıqların ilk raundu fevralın 28-də keçirilib, görüş təxminən beş saat davam edib. İkincisi isə martın 3-də baş tutub.
xxx
13:21
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların üçüncü raundunu aparmaq üçün yola düşüb.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Belarus” məlumat yayıb.
xxx
09:25
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.
"Unikal" xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.
Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.