"Fransa həmçinin Azərbaycanla Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır".
"Unikal" xəbər verir ki, bu, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.
"Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir. Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm", - deyə məktubda vurğulanıb.