“Qarabağ” Premyer Liqanın XVIII turunda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub.
Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. “Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.
Qeyd edək ki, ağdamlıların üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.