Prezident İlham Əliyev martın 7-də Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"Unikal" xəbər verir ki, təltif edilənlər arasında Naxçıvan Muxtar Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən qadınlar da vardır.
Prezidentin Sərəncamı ilə İmanova Mehriban Təyyar qızı və Rzayeva Yazgül Həsənəli qızı “Tərəqqi” medalı ilə təltif ediliblər.