Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edəcək.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər martın 13-də baş tutacaq.

Səfər çərçivəsində Türkiyənin ali rəhbərliyi ilə bir sıra görüşlər nəzərdə tutulub.