Bu gün Gürcüstan - Rusiya sərhədində zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar Tbilisi vaxtı ilə 10:24-də qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub.
Zəlzələnin episentri Rusiya ərazisində yerləşib.