Rəsmi Varşava Ukraynaya sovet istehsalı qırıcı təyyarələrin verilməsinə dair xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, hökumətin sosial mediada açıqlamasında Ukraynaya döyüş təyyarələrinin göndərilmədiyi və eləcə də Polşa aviabazalarından belə uçuşlara icazə verilməməsi əksini tapıb.
Polşa hökumətinin mətbuat katibi Piotr Müller Polşa Baş Qərargahının “MiQ-29“ qırıcılarının öz bazalarını tərk etmədiyinə dair məlumatını təkrar diqqətə çatdırıb.