Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefonla danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər və Ukraynadaki son vəziyyət başda olmaqla, qarşıdaki günlərdə keçiriləcək Antalya Diplomatik Forumu və forumda keçiriləcək iclaslar müzakirə olunub.