Kanada hakimiyyəti Rusiyadan daha 10 nəfərə qarşı sanksiya tətbiq edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo mətbuat konfransında bildirib.
"Kanada bu əsassız hərbi müdaxiləyə görə iştirak edən 10 nəfərə qarşı yeni sanksiyalar elan edir. Siyahıya keçmiş və indiki yüksək rütbəli dövlət məmurları, oliqarxlar və Rusiya rəhbərliyinin tərəfdarları daxildir", - Trüdo deyib.
Hökumət rəhbəri həmin şəxslərin adlarını açıqlamayıb.