Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenkonun sözlərinə görə, 2022-ci il fevralın 24-dən bəri Ukraynada iki minə yaxın rus əsgəri əsir götürülüb.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-lərdən birinə müsahibəsində bildirib.
"Ukrayna ilə döyüşə gedəcəklərini deməyən komandirləri tərəfindən aldadılan rus əsgərləri əsir götürülür. Əsas maşınlar sərhədi keçdi. Onların çoxu zirehli transportyorlarda və maşınlarda gedirdilər, hətta fərqinə varmadan”, - Geraşenko bildirib.