Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olaraq, ABŞ NATO müttəfiqlərini potensial təhlükələrdən qorumaq üçün qonşu Polşaya iki "Patriot" zenit-raket kompleksi göndərir.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ ordusunun Avropadakı nümayəndəsi Adam Miller deyib.
Qeyd edək ki, "Patriot" orta mənzilli ballistik raketləri, döyüş təyyarələrini və qanadlı raketləri məhv edə bilir.
ABŞ ordusu Polşaya raket və zenit raketlərinin göndərilməsinin hər hansı hücum əməliyyatını dəstəkləmək demək olmadığını və qərarın yeganə məqsədinin potensial təcavüzün qarşısını almaq və mümkün təhlükələrdən qorunmaq olduğunu bildirib.
Ağarza Elçinoğlu