Qərbi Afrika ölkəsi Nigeriyada 2 ayda Lassa qızdırması epidemiyasında 98 nəfər ölüb.
"Unikal" xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, Lassa epidemiyası yanvar-fevral aylarında ölkənin 15 əyalətinə yayılıb.
Bu müddət ərzində epidemiyadan 98 nəfər ölüb, 559 nəfər xəstəxanaya yerləşdirilib.
Hər il quraqlıq dövrünün yaşandığı Nigeriyada noyabr və may aylarında artmağa başlayan Lassa qızdırmasından ötən il 102 nəfər dünyasını dəyişmişdi.