Azərbaycan Prezidenti İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Camal Rəşidə başsağlığı verib. 

"Unikal" xəbər verir ki, başsağlığında deyilir: 

"Hörmətli cənab Prezident,

Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".