Qazaxda bədbəxt hadisə qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib. Ukrayna vətəndaşı olan orta yaşlı kişi çayda çimən zaman boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Çayda boğularaq ölən şəxsin TIR sürücüsü və Ukrayna vətəndaşı olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov