Bu ilin yanvar-fevral aylarında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,3% əməl edib.
"Unikal" xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev “Twitter”də yazıb.
Komitə sədri bildirib ki, büdcəyə 820,8 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 170,8 milyon manat çoxdur.