Avropa İttifaqı  Ukraynaya hücumu ilə əlaqədar Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirir. 

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "Twitter" hesabında məlumat verib.

“Biz Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə cavab olaraq sanksiyalar şəbəkəsini daha da gücləndiririk”, - deyə o, qeyd edib.  

Onun sözlərinə görə, məhdudiyyətlər aşağıdakılara təsir edəcək:

Oliqarxlar və Rusiya Federasiyası Federasiya Şurasının üzvləri də daxil olmaqla 160 nəfər;

Belarusun bank sektoru;

Rusiyaya dəniz naviqasiya avadanlığının ixracı;

Kriptovalyutalar.

Gülayə Mecid