Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilb.
“Unikal” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb.
Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb.
Görüşdə nazirlər regionda mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası, işğal faktorun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
xxx
21:02
Türkiyənin Antalya şəhərində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.
Görüş Antalyada martın 11-dən 13-dək keçiriləcək Diplomatik Forum çərçivəsində baş tutub.