Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mirzoyan və Lavrov Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə olunmuş razılaşmaların icrası prosesinə toxunublar.
Tərəflər Ermənistan və Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesinə də toxunub.
İki ölkənin xarici işlər nazirləri həmçinin Ermənistan-Rusiya əməkdaşlığının bir sıra məsələlərini müzakirə ediblər.