"Rusiyaya tətbiq olunan sanksiyalar çox ciddidir. Onların sayını hər keçən gün artırırlar. Belə davam edərsə, tək Rusiyada deyil, bütün dövlətlərdə problem yaranacaq".
Bunu "Unikal"a açıqlamasında deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatı elə qurulub ki, hamı bir-biri ilə əlaqədardır:
"Azərbaycanın Rusiya ilə 3,2 milyard dollara yaxın ticarət dövriyyəsi var. Bu baxımdan, müəyyən problemlər yarana bilər. Alternativ variantlar mümkündür. Əsas məsələ odur ki, orada işləyən soydaşlarımız var. Onlar ölkəmizdə yaşayan ailələrinə vəsait göndərirlər. Rusiyada demək olar ki, iş yerləri kəskin azalır. Xarici şirkətlərin əksəriyyəti bu ölkədə fəaliyyətini dayandırır. Ola bilər ki, orada yaşayanlar ölkəmizə qayıtsın. Onların burada işlə təmin edilməsi, müavinət məsələsi müəyyən problem ola bilər. Dövlətin kifayət qədər təcrübəsi var. Yəqin ki, bu məsələlər öz həllini tapar".
Anar Kəlbiyev