“Prezident İlham Əliyev İranla əlaqələrin inkişafına xüsusi önəm verir”.
"Unikal" xəbər ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Ş.Mustafayev deyib ki, iki ölkənin prezidentlərinin sonuncu keçirdiyi görüş ölkələrimiz arasında münasibətlərində yeni dövr açıb: “Ölkələrimiz arasında ticarət dövriyyəsi pandemiyaya baxmayaraq yaxşıdır. Bütün sahələrdə bizim uğurlarımız, strateji əməkdaşlığımız var. Xüsusilə tranzit sahəsində. Nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üçün ölkələr səylər göstərir. Biz yeni Astaraçay körpüsünün tikintisinə başlamışdıq. Bu gün razılaşdıq ki, bu körpü 10 müddətinə tikintisi başa çatsın. Nəqliyyat sektorunda bizim çox vacib anlaşmamız oldu. Bu Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək yeni kommunikasiyaların yaradılmasından gedir. İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yol tikiləcək. Azərbaycanı Naxçıvanla birləşdirən yol qısalacaq”.