Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyeva Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı onun ailəsinə başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə vitse-prezident rəsmi "İnstagram" hesabında paylaşım edib.
"Azərbaycan Respublikasının Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Onunla keçirilən görüşlərimizi hər zaman xatırlayacağam. Allah rəhmət eləsin" - paylaşımda qeyd olunub.