"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Antalya Diplomatiya Forumu çərçivəsində görüşünün keçirilməsi təklif edilmişdi".
"Unikal" xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan belə görüşlərə həmişə hazırdır:
"Amma bu görüşlər görüş naminə olmamalıdır, hədəflərə doğru olmalıdır".