"Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün də iki ölkənin Xarici İşlər nazirlikləri və digər qurumları arasında intensiv və səmimi münasibətlərimiz var".
"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.
Prezidentin köməkçisi bildirib ki, biz bütün məsələləri müzakirə edirik: "Bütün məsələlərdə də birgə, təmkinlə fəaliyyətimizi davam etdiririk. Şimali Kiprdən olan qardaşlarımızın da problemləri daim bizim qəlbimizdədir".