Naxçıvan Muxtar Respublikasında qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımın ödənilməsi başa çatdırılıb.
"Unikal" xəbər verir ki, muxtar respublika üzrə maddi yardımın ödənilməsi 4247 əmək pensiyaçısına şamil edilib. Həmin şəxslərin pensiyalarının 10 faizi məbləğində maddi yardımın verilməsi üçün hər ay orta hesabla 317 min 520 manat, illik isə 3 milyon 810 min 240 manat vəsait ayrılıb.
Qeyd edək ki, muxtar respublikada mart ayı üzrə əmək pensiyalarının ödənişi martın 4-də başa çatdırıldığı üçün müvafiq pensiyaçılara 2022-ci ilin yanvar, fevral və mart ayında nəzərdə tutulan maddi yardım martın 11-də pensiyaçıların ödəniş kartlarına köçürülüb.