"Türkiyə və Azərbaycan dövlət başçıları Ukraynadakı müharibənin dayandırılması istiqamətində səylər göstərir".
"Unikal" xəbər verir ki, bunu “Haber Global”a açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərin bütün aktorları əlindən gələni etməlidir ki, bu savaş dayansın:
"Əfsuslar olsun ki, bu, artıq 17 gündür davam edir. Günbəgün qurbanların sayı artır. Düşünürəm ki, məsələ diplomatik yolla öz həllini tapmalıdır. Bu istiqamətdə biz çoxsaylı təşəbbüsləri görürük. Savaş başlayandan sonra Prezident İlham Əliyevin həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışıqları olub. Bu gün bir çox dünya liderləri əlindən gələni edirlər ki, bu savaş dayansın".